“Dedim, sən necə böyümüsən oğlum, xəbərim olmayıb” - Məşhur topçunun atası Lent.az-a danışdı - EKSKLÜZİV  - VİDEO
04 noyabr 2020 12:34 (UTC +04:00)

“Dedim, sən necə böyümüsən oğlum, xəbərim olmayıb” - Məşhur topçunun atası Lent.az-a danışdı - EKSKLÜZİV - VİDEO

“Axşam evdəydim. Dostlardan biri zəng elədi ki, internetdə Vüsalın şəkli yayılıb. Ürəyim düşdü. Nə şəkil, nə foto, deyə soruşdum. Dedilər ki, İslam, qorxub eləmə, salamatçılıqdır. Bütün Azərbaycan sənin oğlundan danışır”.

Lent.az bildirir ki, bunu son günlər fotosu bütün sosial şəbəkələri, saytları bəzəyən topçu əsgərimizin atası İslam Şahkərimov deyir. Yəqin bildiz söhbət kimdən gedir. Topla düşmən üzərinə od saçan, sonra da arxaya belə dönmədən məğrur görkəm almış o əsgərimizdən. Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.

Atası onun barəsində danışır:

“Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, imkanımız olmadı onu oxutmağa. Elə özü də dedi ki, əsgər gedim qayıdım pulsuza düşüb oxuyacam”.

İslam kişi deyir ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:

“Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Şükürlər olsun ki, belə oğullarımız sayəsində əsgərlərimiz erməniləri iti qovan kimi qovub çıxarır işğal olunmuş kəndlərimizdən. Qoy qısa müddətdə qələbəmizlə bitsin müharibə. Bütün oğullarımız salamat qayıtsın. Amin!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4213

Oxşar yazılar

Təhsil İdarəsində NÖQSANLAR:  33 direktor işdən çıxarıldı

Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı

23 iyul 2025 , 12:51
Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

23 iyul 2025 , 12:20
Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20